image-be75ab98-040c-3273-b395-410f29f4ffcc_850backend

BMT-nin Kabildəki kompleksində atışma baş verib, bir nəfər ölüb

BMT-nin Kabildəki kompleksinin ərazisində baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının bugünkü bəyanatında bildirilib.

Missiyanın məlumatına görə, hadisədə “Taliban” mühafizəçiləri iştirak edib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki