Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İctimai Səhiyyə rəisi Allen Maina, M çiçəyi virusunun (mpox) Afrikadakı qaçqınlar və köçkünlər üzərindəki təsirindən narahat olduqlarını ifadə edərək, “beynəlxalq həmrəyliyə” çağırıb.
Elchi.az xəbər verir ki, Maina BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.
M-çiçəyi virusunun Afrikadakı qaçqın və köçkünlərə təsirindən narahat olduqlarını qeyd edən Maina bununla mübarizədə beynəlxalq həmrəyliyə çağırıb.
“Biz xəbərdarlıq edirik ki, təcili dəstək olmasa, bu yaxınlarda elan edilmiş M-çiçəyi epidemiyası Konqo Demokratik Respublikasında və Afrikanın digər təsirlənmiş ölkələrində qaçqınlar və köçkünlər üçün dağıdıcı ola bilər” Maina deyib.
Konqo Demokratik Respublikasının Cənubi Kivu şəhərinin M çiçəyi virusundan ən çox təsirlənən bölgələrdən biri olduğunu bildirən Maina, qaçqın əhali arasında ən az 42 şübhəli hadisənin aşkar edildiyini bildirib.
“Təsdiqlənmiş şübhəli hallar Konqo Demokratik Respublikası və Ruandadakı qaçqın əhali arasında da qeydə alınıb” Maina deyib. Bu bölgələrdə virus onilliklər boyu davam edən münaqişələr, məcburi köçkünlər, dəhşətli insan hüquqları pozuntuları və beynəlxalq yardımın olmaması ilə viran qalmış əhali üçün onsuz da qeyri-mümkün olan vəziyyəti pisləşdirməklə hədələyir.”
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, Konqo Demokratik Respublikasında indiyədək 18 mindən çox M çiçəyi virusuna yoluxma halının müşahidə edildiyini və virusa görə 615 nəfərin öldüyünü xatırladan Maina, 220-dən çox yoluxma halının olduğunu qeyd edib “clade 1b” virusunun qonşu ölkələrdə də görüldüyünü bildirib.
Şayəstə Hüseynova