“Bloomberg“ Azərbaycanla bağlı proqnozunu - Açıqladı

🗓 11.01.2016 19:18 ✍️ "Elçi" qəzeti
“Bloomberg“ Azərbaycanla bağlı proqnozunu - Açıqladı

"Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb. Elchi.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək. Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir. Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının “dibində” qərarlaşıb. Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır. Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir.

Bənzər yazılar