image-blinkenaa-2242318_1backend

Blinken: İsrailin məktəbə hücumu atəşkəsin vacibliyini göstərir

ABŞ dövlət katibi Antoni Blinken İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş mülki şəxslərin sığındığı məktəbə hücumunun atəşkəsin əldə olunmasının vacibliyini bir daha göstərdiyini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, rəsmi səfər çərçivəsində Polşada olan Blinken paytaxt Varşavada Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında danışıb.
Nazir Blinken İsrail ordusunun BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İctimai İşlər Agentliyinə (UNRWA) məxsus məktəbə hücumda BMT-nin 6 əməkdaşının öldürüldüyünü xatırladıb.
Blinken bildirib ki, Qəzzada və bütün dünyada humanitar işçilərin müdafiəsi və fəaliyyətlərini asanlaşdırmaq vacibdir.
Humanitar yardım sahələrinin qorunması lazım olduğunu bildirən Blinken, “İsraillə bu mövzunu müzakirə etməyə davam edirik. Eyni zamanda, HƏMAS-ın bu bölgələrdə gizləndiyini, onları ələ keçirdiyini və əməliyyatlarını həyata keçirmək və başqa üsullarla istifadə etdiyini görməkdə davam edirik. Davam edən bir təhdid meydana gətirən bu hərəkətlər, “Əlbəttə bu, vətəndaşları təhlükəyə atdığı üçün dayandırılmalıdır” deyib.
Blinken, bu vəziyyətin Qəzza zolağında atəşkəsə nail olunmasının vacibliyini bir daha vurğuladığını ifadə edərək, “Çünki bu, Qəzzada həqiqətən qorunan bir əraziyə sahib olmağımızın ən yaxşı yoludur” deyib.

Şayəstə Hüseynova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki