Vaşinqton administrasiyası Cənubi Koreyada hərbi vəziyyətin ləğvini müsbət qiymətləndirib və ümid edir ki, bu ölkənin hakimiyyəti mübahisəli məsələləri sülh yolu ilə həll edəcək.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.
“ABŞ son 24 saat ərzində Cənubi Koreyada baş verən hadisələri diqqətlə izləyib. Biz prezident Yun Seok-Yolun respublika Konstitusiyasına uyğun olaraq fövqəladə hərbi vəziyyətin tətbiqi haqqında sərəncamı ləğv etməsi barədə açıqlamasını alqışlayırıq”, – ABŞ Xarici Siyasət Departamentinin rəhbəri bildirib.
“Əvvəlki kimi, biz istənilən siyasi fikir ayrılığının sülh yolu ilə və qanunun aliliyi prinsipinə uyğun həllini gözləyirik. Biz Cənubi Koreya xalqına və qanunun aliliyinə dəstəyimizi təsdiqləyirik”, – Blinken əlavə edib.
Yeganə