ABŞ dövlət katibi Entoni Blinken əmin edir ki, Vaşinqtonun müdaxiləsi olmadan Suriyada böyük ehtimalla diktatura və ya ekstremistlərin hakimiyyəti bərqərar olacaq.
Elchi.az xəbər verir ki, o, bu barədə “Foreign Affairs” jurnalına müsahibəsində bildirib.
Blinkenin fikrincə, ABŞ Suriyanı “müsbət istiqamətdə hərəkət etdirməyə” çalışır. “Heç bir zəmanət yoxdur”, – deyə o əlavə edib: “Biz çox görmüşük ki, bir diktator başqası ilə əvəz oluna bilər, kənardan gələn bir təsir kənardan başqa bir təsirlə əvəz oluna bilər”.
Bir ekstremist qrup öz yerini digər ekstremist qrupa verə bilər. Bütün bunlar vəziyyəti ağırlaşdıran hallardır, lakin biz az qala dəqiq bilirik ki, bizim iştirakımız olmadan, aparıcı rolumuz olmadan hər şey o istiqamətdə gedəcək”.
“Biz bilirik ki, Suriyanın terror zəmininə və əhalinin kütləvi köçkünlüyü mənbəyinə çevrilməsinə icazə versək, bu nəyə çevrilə bilər? Bunun Suriyadan uzaq ölkələr üçün ciddi nəticələri olacaq”, – ABŞ dövlət katibi vurğulayıb.
Yeganə