“Bitcoin” yüksəliş tendensiyasını davam etdirərək, 5 noyabrda Donald Trampın qələbəsindən sonra rekord həddə çatıb və 50 faizdən çox dəyər qazanıb.
Elchi.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası bu səhər Asiya bazarlarında 106 000 dolları keçdikdən sonra təxminən 104 500 dollara düşüb.
Tramp administrasiyasının kriptovalyutalara Bayden administrasiyasına nisbətən daha dost olacağı düşünülür. ABŞ-ın yeni seçilmiş prezidenti Tramp ötən cümə axşamı bir daha bəyan edib ki, o, ölkədə neft ehtiyatlarına bənzər rəqəmsal valyuta ehtiyatı yaratmağı düşünür.
Trampın kriptovalyuta və süni intellekt komandasında yeni adlar
Bu ayın əvvəlində Tramp Silikon Vadisi sahibkarı Devid Saksı süni intellekt (AI) və kriptovalyuta üzrə məsləhətçi təyin etdi. Sacks PayPal-ın keçmiş icraçı direktoru və Trampın müşaviri olan İlon Maskın yaxın dostudur. Bundan əlavə, Tramp kriptovalyutaların tərəfdarı olan Vaşinqtondan olan hüquqşünas Paul Atkinsi Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) yeni sədri vəzifəsinə namizəd göstərəcəyini açıqlayıb.
SEC-in hazırkı sədri Gary Gensler keçən ay verdiyi açıqlamada Trampın andiçmə günü, yanvarın 20-də vəzifəsindən istefa verəcəyini bildirmişdi. Gensler sosial media platformasındakı paylaşımında bildirib
Tramp və Gensler arasında gərginlik
Tramp daha əvvəl yeni administrasiyasının ilk günündə Gensleri istefaya göndərmək planını açıqlamışdı. Genslerin kriptovalyuta şirkətlərinə qarşı qanuni addımları bəzi dairələrdə müzakirələrə səbəb olub. Tramp administrasiyasının bu addımları kriptovalyutalarla bağlı siyasətlərinin bazarlarda daha müsbət təsəvvür yaratmasına səbəb olur.
“Bitcoin”in bu rekord səviyyəyə yüksəlməsinin arxasında Trampın kripto pullara qarşı dostluq siyasətinin və komandasına daxil etdiyi adların böyük təsiri olduğu düşünülür.
Nuranə Məmmədova