image-5-4backend

Berbok Ukraynaya uzaqmənzilli silah sistemlərinin tədarükünə çağırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya uzaqmənzilli silah sistemlərinin verilməsi tələbini irəli sürüb.

Elchi.az xəbər verir ki, o, bu barədə Yaşıllar Partiyasının Visbadendəki konfransında bildirib.

“İndi nəhayət, tərəfdaşlarımızın artıq etdiklərini etmək üçün güc tapmaq vaxtıdır”.

Berbok həmçinin bildirib ki, Fransa və Böyük Britaniya artıq Ukraynanı qanadlı raketlərlə təmin edir. Xarici işlər naziri çıxışı zamanı birbaşa “Taurus” raketlərini qeyd etməyib. Daha əvvəl bildirilib ki, ABŞ gərginləşmə riskləri səbəbindən Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə vermir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dəfələrlə bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisini uzaqmənzilli Qərb silahları ilə vurmağa başlayarsa, bu, NATO-nun birbaşa münaqişəyə girməsi deməkdir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki