Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyə reaksiya göstərərək, “Çin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, Rusiyaya iqtisadi və silah yardımı ilə Avropadakı əsas maraqlarımıza qarşı çıxır”. deyib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin sülh üçün təhdid olduğunu müdafiə edən Berbok, “Çin ilə əlaqələrimizdə bunu görməzlikdən gələ bilməməyimiz Pekində danışacağım başqa bir mövzudur” deyib.
Şayəstə Hüseynova