image-al-nahyanbackend

BƏƏ: Fələstinlilərin öz torpaqlarından çıxarılması cəhdlərini rədd edirik

BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ölkəsinin Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdini rədd etdiyini bildirib.
Elchi.az xəbər verir ki, “WAM” rəsmi xəbər agentliyinin məlumatına görə, BƏƏ prezidenti Bin Zayed Abu Dabidə ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Görüş zamanı tərəflər “iki ölkə arasında əməkdaşlıq və birgə iş, eləcə də qarşılıqlı maraqların reallaşdırılması məqsədilə müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını” müzakirə ediblər.
Görüşdə “ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə, xüsusilə Fələstində baş verən hadisələr, Qəzza zolağında böhranın həlli istiqamətində səylər və bunun sülh, sabitlik və regional təhlükəsizliyə təsiri” müzakirə edilib.
Bin Zayed görüş zamanı bildirib ki, “BƏƏ Fələstin xalqını öz torpaqlarından didərgin salmaq cəhdini qəti şəkildə rədd edir”.
“Regional sülhü təhdid edəcək münaqişələrin genişlənməsinin qarşısının alınmasının vacibliyinə” diqqət çəkən Bin Zayed, “Qəzzada yenidənqurma prosesinin regionda sabitliyi təmin etməyin yeganə yolu olan “iki dövlətli həll” (Fələstin və İsrail) əsasında hərtərəfli və davamlı sülh prosesi ilə əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında ABŞ-ın Qəzza zolağının nəzarətinə keçəcəyini bildirib.
Qəzzanın artıq tam bir məhv bölgəsi olduğunu qeyd edən Tramp, Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələrinin çox daha yaxşı olacağını müdafiə edib.
Tramp həmçinin iddia edib ki, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa seçimi yoxdur.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki