Britaniyanın ictimai yayımçısı BBC 24 milyon funt-sterlinqə qənaət etmək üçün 150-dən çox əməkdaşını işdən çıxarsa da, məşhur Hard Talk proqramını da efirdən çıxarıb.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, qurum illik qənaət hədəfi 700 milyon sterlinq uyğun olaraq 25-i texniki personal olmaqla 155 nəfərin işdən çıxarıldığını, bəzi proqramların ləğv edildiyini və bəzi bölmələrin bağlandığını açıqlayıb.
İşdən çıxarılma, ixtisar və bağlanmaların illik qənaət hədəfinə 24 milyon funt-sterlinq (təxminən 1,1 milyard lirə) təsir edəcəyi, xəbər büdcəsinin yüzdə 4-ə uyğun olacağı ifadə edildi.
Efirdən çıxarılan proqramlar arasında BBC-nin 27 illik məşhur “Hard Talk” xəbər proqramı da olub.
BBC Radio 5-də gecə proqramının istehsalı yerli və milli radio işçilərinə təhvil verilib və Asiya Xəbərlər Şəbəkəsinin bölməsi də bağlanıb.
Fərqli ölkələrdə işçilərin sayının artırılmasına qərar verilərkən, Sidneydə yeni vəzifələr açılacağı, Londonda bəzi vəzifələrin ixtisar ediləcəyi bildirilib.
BBC News-un baş direktoru Deborah Turness qeyd edib ki, qənaət addımlarına baxmayaraq, BBC rəqiblərindən daha yaxşı resurslara sahib olmağa davam edəcək.
Şayəstə Hüseynova