ABŞ prezidenti Co Bayden Trampın artıq dövlət başçısı kimi yeni ticarət müharibəsinə başlayıb-başlamadığı sualına cavab verməyib.
Elchi.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Çərşənbə axşamı jurnalistlərin Trampın andiçmə mərasimindən dərhal sonra narkotik qaçaqmalçılığı və qeyri-qanuni yollarla mübarizə bəhanəsi ilə Kanada, Çin və Meksikadan idxala rüsumları artırmaq barədə qərarını düşünüb-düşünmədiyini soruşduqda, hazırkı prezident, “Bu hesabla bağlı heç bir şərhim yoxdur” deyib.
ABŞ-ın yeni seçilmiş prezidenti bazar ertəsi günü söz verib ki, vəzifəyə gəldikdən sonra qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı səbəbindən Meksika və Kanadadan idxal edilən bütün mallara 25 faiz rüsum tətbiq edəcək. O, həmçinin Pekini fentanilin (sintetik tiryək) yayılmasının qarşısını almaq üçün kifayət qədər iş görməməkdə günahlandıraraq, bütün Çin mallarına 10 faizlik tariflər tətbiq etməklə hədələyib.
Yeganə