ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi hava hücumunu pisləyib və ölkəsinin Ukraynaya dəstəyini bir daha bəyan edib.
Elchi.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Bayden Rusiyanın Ukraynaya hava hücumunu “şok edici” olaraq pisləyib.
ABŞ-ın Ukraynaya dəstəyini xatırladan Bayden, “ABŞ Ukraynaya və onun azadlıq mübarizəsinə dəstək vermək üçün 50-dən çox ölkə ilə birlikdə hərəkət edir” deyib.
Bayden Rusiyanın hava hücumu nəticəsində bir çox Ukrayna vətəndaşının işıqsız qaldığını bildirib və qeyd edib ki, ABŞ hökuməti qışa hazırlıq çərçivəsində Ukraynaya enerji şəbəkəsinin dayanıqlığını artırmaq üçün kömək etmək üçün işlərini davam etdirir.
Şayəstə Hüseynova