Dünyada məşhur meyvə olan banan iki təhlükəli xəstəliyə görə nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Bununla belə, elm adamları bu vəziyyəti geri qaytarmaq üçün ümidverici addımlar atır. Mütəxəssislər deyirlər ki, bu araşdırmalar uğurlu olarsa, ictimaiyyət onlardan xəbəri belə olmayacaq.
Elchi.az xəbər verir ki, 1950-ci illərdə geniş şəkildə istehsal edilən Gros Michel bananları Panama xəstəliyi kimi tanınan bir göbələk infeksiyası ilə tamamilə məhv edildi. Bunun üzərinə şirkətlər xəstəliyə davamlı Cavendish bananlarına müraciət etdilər və bu böhran aradan qaldırıldı. Bu gün bu növ dünya banan ixracının 99 faizini təşkil edir.
Ancaq 1990-cı illərdə Panama xəstəliyinin fərqli bir versiyası Cavendish cinsini təhdid etməyə başladı. Bazarlarda olan bananlar bir-birinin genetik surəti olduğundan, bir bitki xəstəliyə yoluxanda digərləri də təhlükə altında olur. Bundan əlavə, başqa bir göbələk növünün törətdiyi qara sigatoka xəstəliyi bananları təhdid edən mühüm problemlər arasındadır.
Funqisidlərlə mübarizə aparılmağa çalışılan qara sigatoka xəstəliyi bəzi bölgələrdə kimyəvi maddələrə davamlı hala gələn göbələklər səbəbiylə daha da çətinləşib. Alimlər bu xəstəliklərin həlli yollarını axtarır və yeni banan növlərinin yaradılması istiqamətində işlərini davam etdirirlər.
Keçən avqustda aparılan bir araşdırma, Panama xəstəliyinin hazırkı variantının 20-ci əsrdən fərqli olmadığını ortaya qoydu. Bu, elm adamlarına xəstəliyin mexanizmini daha yaxşı başa düşmək imkanı verdi və müalicə üçün ümidləri artırdı.
Şayəstə Hüseynova