image-dcfa3352-10bb-3985-aa40-4faf0191534f_850backend

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Elchi.az  bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki