image-baki-kuleklibackend

Bakıda külək gücləndi

Sentyabrın 5-i saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 21 m/s-dək güclənib.
Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a  verilən məlumata görə, bu sarı xəbərdarlığa uyğundur.
Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki