image-92e45103-f291-3369-8d42-b57be0dad271_850backend

Azərbaycanın U-21 millisi bu gün Serbiyanı qəbul edəcək

21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Elchi.az – ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Bakıda Serbiya yığmasını qəbul edəcək.

“Dalğa Arena”da gerçəkləşəcək matç saat 19:00-da start götürəcək. Rəqib 8 qarşılaşmadan sonra 10 xalla üçüncü, komandamız 3 xalla (7 oyun) sonuncu – altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa uduzub – 0:2.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki