image-bdb48aa5-fa51-30a4-94d5-7f42b954138c_850backend

Azərbaycanın amfibiya təyyarəsi İzmir-Aliağa istiqamətindəki meşə yanğınlarına cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir.

Elchi.az xəbər verir ki, bu barədə  a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Türkiyəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

“Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib”, – məlumatda qeyd olunub.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki