image-1348da35-8ab5-3511-8791-3f9cc1402801_850backend

Azərbaycan millisi “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.

Elchi.az xəbər verir ki, komandamız Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb.

Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki