Avstraliyanın Sidney şəhərində iki kiçik təyyarənin havada toqquşaraq meşəlik əraziyə düşməsi nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki,Regional polis Sidneydə baş verən təyyarə qəzası ilə bağlı açıqlama verib.
Açıqlamada iki kiçik təyyarənin havada toqquşaraq meşə sahəsinə düşdüyü, 3 nəfərin öldüyü bildirilib.
Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) qəzanı araşdırır.
Şayəstə Hüseynova