“Moskva ilə Kiyev arasında barışıq və Ukraynada hərbi əməliyyatların dayandırılması perspektivi Avropa ölkələri üçün təhlükə yaradır”.
Elchi.az xəbər verir ki, bu qənaətə Praqada keçirilən Praqa Müdafiə Sammiti konfransında Amerikanın “Newsweek” jurnalına müsahibə verən Avropa hərbçiləri deyib.
Estoniyanın müdafiə naziri Hanno deyir ki, hərbi əməliyyatların hal-hazırda dayandırılması və Ukrayna münaqişəsinin dondurulması Rusiya üçün yüz minlərlə əsgərin evə qayıtması deməkdir ki, bu da gələcəkdə onlardan başqa yerdə istifadə etməyə imkan verəcək.
“Bu, Rusiyanı güclü mövqeyə qoyaraq, ona öz qüvvələrini bərpa etməyə, ya gələcəkdə Ukraynada yeni hücuma başlamağa, ya da mövcud qüvvələri NATO ilə sərhədlərinə qayıtmaq üçün azad etməyə imkan verəcək”, – deyə Estoniya naziri bildirib.
Öz növbəsində, NATO-nun Şimal-Şərq Çoxmillətli Korpusunun rəhbəri, Bundesverin general-leytenantı Yurgen-Yoahim fon Sandrart Rusiya ilə Qərb müttəfiqləri arasında boz zonada yeni hibrid münaqişənin başlaması ssenarisinə icazə verdi.
NATO-nun Baltikyanı ölkələrin quru qoşunlarına komandanlıq etmək vəzifəsi daşıyan alman hərbçisinin sözlərinə görə, alyans Rusiyanın alyansın şərq cinahı ölkələri ilə həmsərhəd olan qərb sərhədlərini yenidən təşkil etməsindən xəbərdardır. Brüssel qərargahı müşahidə edir ki, Rusiya Federasiyasının qərb sərhədində quru qoşunları və digər vasitələr var.
Yeganə