image-download-49backend

Avropa Rusiya-ABŞ danışıqları öncəsi narahatlıqlardan danışıb

ABŞ və Rusiya arasında aparılan danışıqlarda təkcə Ukraynanın deyil , bütün Avropanın bölünməsi müzakirə olunacaq.
Elchi.az xəbər verir ki, bu fikri Aİ-nin daxili bazar üzrə keçmiş komissarı Tyerri Breton BFMTV telekanalında bildirib.
Onun sözlərinə görə, “biz bu gün danışıqlar masası arxasında iştirakçıları, yəni Vladimir Putin və Donald Trampı görəndə , bu, həqiqətən də Ukraynanın parçalanmasına aiddir”. Lakin onun sözlərinə görə, söhbət həm də Avropanın bölünməsindən gedir. Breton həmçinin hazırkı anı Avropa tarixinin ən ciddi anlarından biri adlandırıb.
Bundan əvvəl Kreml ABŞ və Rusiya nümayəndə heyətlərinin fevralın 18-də keçiriləcək görüşünün Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpasına həsr olunacağını bildirmişdi . Bundan əlavə, müzakirələrdə Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında şəxsi görüşün təşkili müzakirə olunacaq.
Öz növbəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya nümayəndə heyəti Ər-Riyada ABŞ nümayəndələri ilə danışıqlara ciddi yanaşma ilə gəlib. Bundan əvvəl Moskva bəyan etmişdi ki, ABŞ-da respublikaçıların hakimiyyətə gəlməsi ilə Ukraynadakı münaqişənin qaynar fazasına tez son qoymaq şansı var.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki