Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti başlayıb.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd olunur ki, sammitin iştirakçıları – Rusiya, Belarus, Qırğızıstan və Tacikistan liderləri – Vladimir Putin, Aleksandr Lukaşenko, Sadır Japarov və Emoməli Rəhmonu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayır.
İştirakçılar KTMT Şurasının dar və geniş tərkibdə iclaslarını keçirəcək və yekun sənədləri imzalayacaqlar. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Astanada keçiriləcək sammitində iştirak etməyəcəyi məlum olub. Respublika Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Bağdasaryanın sözlərinə görə, Ermənistanın KTMT üzvlüyünün dondurulması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Yeganə