Alimlər müəyyən ediblər ki, insan orqanizmində qocalma prosesi iki kritik dövrdə sürətlənir. Araşdırmalara görə, qocalma prosesində ən kəskin dəyişikliklər orta hesabla 44-60 yaş arasında baş verir.
Elchi.az xəbər verir ki,Stanford Universitetində genetik alim Maykl Snayder deyir: “Biz zamanla tədricən dəyişmirik, biz zamanla həqiqətən dramatik şəkildə dəyişirik”.
40-cı illərin ortaları və 60-cı illərin əvvəlləri bu dəyişikliklərin ən intensiv olduğu dövrlərdir. Üstəlik, hansı sinif molekullara baxsanız da, bu vəziyyət dəyişmir”.
Yaşlanma prosesi mürəkkəb bioloji dəyişikliklər prosesinə əsaslanır və bir çox xəstəliklərin riskini artırır.
Snayder və komandası bu prosesi daha yaxşı başa düşmək və yaşa bağlı xəstəliklərlə mübarizənin effektiv üsullarını hazırlamaq üçün insan orqanizmindəki bioloji dəyişiklikləri izləyir.
Şayəstə Hüseynova