Son zamanlar bir çox ittihamlarla tez-tez gündəmə gələn məşhur amerikalı reper Puff Diddi nəzarətə götürülüb.
Elchi.az xəbər verir ki, Nyu York Cənub Dairəsi prokuroru Damian Williams, Combs-un nəzarətə alındığını açıqladı. Williams, Kombsa qarşı irəli sürülən ittihamnamənin hələlik gizli saxlanılacağını, işin təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.
Combs-un vəkili Mark Agnifilo, müvəkkilinin əməkdaşlıq etdiyini və “günahkar olmadığını” bildirdi və bütün faktların ortaya çıxmasını gözləmək lazım olduğunu qeyd etdi.
Combs-un keçmiş sevgilisi müğənni Kessi Ventura 2023-cü ilin noyabrında ona qarşı cinsi təcavüzə məruz qaldığını iddia edərək ona qarşı iddia qaldırıb.
May ayında CNN Combs-un Venturaya fiziki hücum etdiyini göstərən bir video yayımladı və Combs onun hərəkətlərinə görə üzr istədi.
Venturanın açdığı iddiadan sonra Combs-a qarşı cinsi təcavüz ittihamları artmağa davam etdib.
ABŞ Daxili Təhlükəsizlik Departamenti martın 25-də Combs-un Los-Anceles və Mayamidəki evlərində axtarış elan edib və onlara reyd keçirib.
Şayəstə Hüseynova