image-bank-mbackend

AMB daha bir vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azər-Türk Bank” ASC-nin vəzifəli şəxsini 2 000 manat cərimə edib.

Elchi.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Azər-Türk Bank” vəzifəli şəxsi cərimələnib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki