image-ec94a6c1-8ea3-3d50-8af3-e369ae783ced_850backend

Almaniyada terror aktı nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

Almaniyanın Maqdeburq şəhərində (Saksoniya-Anhalt federal torpağı) Milad yarmarkasında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Elchi.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Xatırladaq ki, dekabrın 20-də axşam saatlarında BMW markalı avtomobilin sürücüsü maşını Maqdeburq şəhərində Milad yarmarkasının ziyarətçilərinin üzərinə sürüb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 205 nəfər xəsarət alıb. Şübhəli şəxs Səudiyyə Ərəbistanından olan 1974-cü il təvəllüdlü Taleb A-dır. O, hadisə yerində saxlanılıb. Həmin şəxs Almaniyaya 2006-cı ildə gəlib, 2016-cı ildə isə siyasi qaçqın statusu alıb. Şübhəli şəxs istintaq təcridxanasına yerləşdirilib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki