image-zx35l6-c16x9x50px50p-d67d5b4cafc1ba503533f1719702e79cbackend

Almaniya onlarla “Leopard” tankını Ukraynaya təhvil verəcək

Almaniya, Danimarka və Hollandiya ilə birlikdə Kiyevə 77 Leopard 1A5 tankı təhvil verəcək.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Pistorius Ukrayna və NATO ölkələri arasında Ramşteyn formatında keçirilən görüşdə açıqlama verib . O vurğulayıb ki, Danimarka ilə birgə layihə çərçivəsində Berlin artıq analoji modifikasiyalı 58 tank tədarük edib.
” Danimarka və Hollandiya ilə birlikdə daha 77 Leopard 1A5 tankı mümkün qədər tez çatdırılacaq “, – nazir vurğulayıb.
Həmçinin, Almaniya Müdafiə Nazirliyi Kiyevə daha 12 Panzerhaubitze 2000 özüyeriyən artilleriya sistemi təhvil verəcək.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki