Alimlər Murchison Widefield Array-dan istifadə edərək uzaq qalaktikalarda qabaqcıl yadplanetli texnologiyalarının izlərini axtarmaq üçün unikal tədqiqata başlayıblar.
Elchi.az xəbər verir ki, SETI İnstitutu, Berkli SETI Tədqiqat Mərkəzi və Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin rəhbərlik etdiyi bu tədqiqat Qərbi Avstraliyadakı Murchison Widefield Array vasitəsilə aparılır.
Araşdırma, Dr. Chenoa Tremblay və Prof. Steven Tingay tərəfindən idarə olunan bu, aşağı radiotezliklərdən (100 MHz) istifadə edərək qalaktikamızdan kənarda texnoloji həyat formalarını aşkar etməyi hədəfləyir.
Şayəstə Hüseynova