image-68235089_0_160_3072_1888_1920x0_80_0_0_0b3408b35b0451f5cf24efda330e577cbackend

Aİ Rusiyaya raket tədarükü ilə bağlı İrana qarşı sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) İranın Rusiyaya “ballistik raketlər tədarükü” iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edəcək.
Elchi.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
O cümlədən, mənbələrin məlumatına görə, müvafiq qərar icma ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən görüşü nəticəsində qəbul edilib . Məhdudiyyətlərin hərbi-sənaye kompleksinə (MİK) aidiyyəti olan müəssisə və şirkətlərə təsir edəcəyi gözlənilir.
Daha əvvəl məlum olub ki, Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi barədə qərar qəbul etməyi planlaşdırır. “Politico”nun məlumatına görə, yeni anti-Rusiya sanksiyalar paketi əvvəlki sanksiyalardan yayınma ilə mübarizə səylərini ehtiva edir. Eyni zamanda, ilkin olaraq İran tərəfinə yeni məhdudiyyətlərin tətbiq ediləcəyi güman edilirdi.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki