image-14backend

Aİ Rusiyaya qarşı sanksiyaları artıra bilər

Avropa İttifaqı (Aİ) Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi imkanını nəzərdən keçirir.

Elchi.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa rəsmiləri əmin olmaq istəyirlər ki, Vaşinqton yeni administrasiyanın gəlişi ilə kursu dəyişmək qərarına gəlsə belə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq. Agentliyin qeyd etdiyi kimi, müzakirə edilən tədbirlər Rusiyanın aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmaya nəzarətə təsir edə bilər.

Agentliyin həmsöhbətlərinin qeyd etdiyi kimi, Aİ, həmçinin iddialara görə, Rusiya neftini daşıyan daha 45 gəmini qara siyahıya əlavə etmək və Rusiyadan maye təbii qazın idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki