image-44ca7cbe-1475-3ecb-bb53-2fe136783342_850backend

“Aeroflot” AZAL-a həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım etməyə hazırdır

Rusiyanın “Aeroflot” aviaşirkəti Aktauda təyyarəsi qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) həlak olan və xəsarət alan sərnişinlərin qohumlarının daşınmasında yardım göstərməyə hazır olduğunu bildirib.

Elchi.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Təyyarədən 32 nəfər sağ çıxıb.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki