ADY-nin qatarları yay qrafikinə keçir

🗓 08.07.2025 09:25 ✍️ "Elçi" qəzeti
ADY-nin qatarları yay qrafikinə keçir

“Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.

Elchi.az xəbər verir ki, bu haqda “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidməti məlumat verib.

Məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq 10 iyul 2025-ci il tarixindən etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Bənzər yazılar