Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan edib ki, Birləşmiş Ştatlar ilə daha sıx əlaqələr və Avropa ilə əlaqələrin yenilənməsi Britaniyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.
Elchi.az xəbər verir ki, Starmer 1501-ci ildən bəri Londonda təşkil edilən “Lord Mayor’s Nahar” tədbirində gündəmə bağlı çıxış edib.
ABŞ ilə əlaqələrin təhlükəsizlik və rifah üçün vacib olduğunu vurğulayan Starmer, “Bu, sentimentallıqdan yox, inadkar realizmdən gedir. Dünyaya ümid etmək və ortaq milli maraqlarımıza xidmət etmək hər zaman iki xalqın birlikdə işləməsi ilə bağlı olub” deyib.
Baş nazir Starmer, iki ölkənin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu ifadə edərək, “Bu səbəbdən prezident (Donald) Tramp məni Tramp Tower-də nahara dəvət edərkən, önümüzdəki illərdə bu transatlantik bağa daha çox sərmayə qoyacağımızı söylədim.” dedi.
Şayəstə Hüseynova