image-snimokbackend

ABŞ prezidenti Co Bayden Almaniyaya gedir

ABŞ prezidenti Co Baydenin Almaniyaya təxirə salınmış səfərini cümə günü edəcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre Baydenin Almaniya və Anqolaya daha əvvəl təxirə salınmış səfərləri ilə bağlı açıqlama verib. Mətbuat katibi Jean-Pierre, Baydenin cümə günü Almaniyaya səfər edəcəyini və səfər zamanı danışıqlarının əsas mövzusunun Ukrayna olacağını söylədi.
Baydenin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şolzla görüşəcəyini bildirən Jan-Pier bu görüşlərdə həm ABŞ-Almaniya münasibətlərinin, həm də Ukraynaya dəstəyin müzakirə olunacağını qeyd edib.
Ağ Evin sözçüsü Karine Jean-Pierre, Baydenin dekabrın ilk həftəsində Anqolaya gedəcəyini və prezident olaraq Afrikaya bu ilk səfərində ABŞ-Afrika əlaqələrinin əhəmiyyətinin vurğulanacağını bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki