Polşa prezidenti Anjey Duda Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla Varşavada danışıqlardan sonra deyib ki, ABŞ-ın Avropadakı qoşunlarını azaltmaq və ya tamamilə çıxarmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur.
Elchi.az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Dudanın sözlərinə görə, Vaşinqtonun Avropanın bizim hissəsində təhlükəsizlik tədbirlərini azaltmaq və ya Amerika hərbçilərinin sayını azaltmaq qətiyyən niyyəti yoxdur.
Ötən həftə Pentaqonun katibi Pete Hegsett Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamis ilə birgə mətbuat konfransında bəyan edib ki, ABŞ, əksinə, Ukraynanın sərhədləri qeyri-müəyyən olaraq qaldığı üçün Polşada qoşunlarının sayını artıra bilər. O zaman Heqset bunun onun şəxsi mövqeyi olduğunu vurğulamışdı.
Yeganə