ABŞ administrasiyasının Qəzzada ABŞ vətəndaşı olan israilli məhbusların məsələsi və İsraillə daha əhatəli razılaşmanın mümkünlüyü ilə bağlı Həmas ilə birbaşa, gizli danışıqlar apardığı iddia edilir.
xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Axios xəbər saytı məxfi danışıqlardan xəbəri olan iki mənbəyə istinadən məlumat yayıb.
Axios-a danışan mənbələr Vaşinqton administrasiyası adından danışıqları ABŞ-ın girovlar üzrə xüsusi nümayəndəsi Adam Boehlerin apardığını və Boehlerin son həftələrdə Qətərin paytaxtı Dohada Həmas rəsmiləri ilə görüşdüyünü qeyd edib.
Danışıqlarda ikili İsrail-Amerika vətəndaşlığına malik məhbusların azadlığa buraxılmasının müzakirə edildiyini bildirən mənbələr, bütün məhbusların azad edilməsi və uzunmüddətli atəşkəsə nail olmaq üçün daha əhatəli razılaşmanın mümkünlüyünün də müzakirə mövzuları arasında olduğunu bildirib.
Mənbələr bildiriblər ki, Tramp administrasiyası HƏMAS ilə kommunikasiyada İsraillə məsləhətləşib, lakin danışıqların məzmunu ilə bağlı Tel-Əvivə müxtəlif kanallar vasitəsilə məlumat verilib.
Bu danışıqlarda razılığın əldə olunmadığı da vurğulanıb.
İddialarla bağlı Ağ Evdən və Həmasdan hələlik heç bir açıqlama verilməyib.
Hazırda Qəzzada 59 israilli məhbusun olduğu təxmin edilir, onlardan beşinin Amerika vətəndaşlığı olduğu bildirilir.
Nuranə Məmmədova