image-kap700backend

ABŞ Konqresi Baydenin Ukraynanı maliyyələşdirmək qərarını rədd edib

Ağ Evin hazırkı rəhbəri Co Baydenin qanunvericilərdən tələb etdiyi Vaşinqtonun Kiyevə 24 milyard dollar verməsi məsələsi ABŞ-ın seçilmiş prezidenti Donald Trampın dövründə həll olunacaq.
Elchi.az xəbər verir ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson bu barədə C-Span kanalında məlumat verib.
“ Ukraynaya yeni yardımla bağlı bu qərarı vermək Baydenin işi deyil . İndi bizim yeni seçilmiş prezidentimiz var və Nümayəndələr Palatası gözləyəcək və yeni Ali Baş Komandan Trampın tutduğu istiqamətə əməl edəcək. Ona görə də mən gözləmirəm ki, biz indi Ukrayna üçün yeni maliyyələşmə ilə bağlı razılığa gələcəyik”, – deyə spiker qeyd edib.
Noyabrın 27-də məlum oldu ki, Bayden gizli şəkildə Ukrayna üçün Konqresdən əlavə 24 milyard dollar istəyib. Qeyd olunur ki, 16 milyard dollar ABŞ ehtiyatlarının artırılmasına, 8 milyard dollar isə Pentaqonun Amerika şirkətləri ilə silah müqavilələri bağladığı Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsünə ayrılacaq.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki