image-28backend

ABŞ: İran nüvə silahının yaradılmasını sürətləndirmək üçün yollar axtarır

“The New York Times” bazar ertəsi mənbələrə istinadən yazır ki, ABŞ rəsmiləri iranlı alimlərdən ibarət “gizli qrup”un nüvə silahının inkişafını sürətləndirmək üçün yollar axtardığına inanırlar.

Elchi.az xəbər verir ki, onların sözlərinə görə, bu qənaət ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasının son aylarında əldə edilmiş və daha sonra ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik komandasına təqdim edilmiş ABŞ kəşfiyyatının məlumatlarına əsaslanır.

ABŞ kəşfiyyatının məlumatına görə, iranlı hərbi mühəndislər və elm adamları onların artan nüvə yanacağı ehtiyatını bir-iki il deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar.

Qəzetin qeyd etdiyi kimi, məsələ çərşənbə axşamı Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə “demək olar ki, mütləq” müzakirə olunacaq. Yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki