image-abdyi-milton-kasirgasi-vuracak-son-yuzyilin-en-kotusu-olabilir-48eqbackend

ABŞ-ı Milton qasırğası vuracaq!

ABŞ prezidenti Co Bayden gözlənilən Milton qasırğasının mümkün yolunda olanlara təcili təxliyə xəbərdarlığı edib. “Milton son əsrdə Flordiyanı vuran ən pis qasırğa ola bilər” Bayden deyib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Florida ştatını vurması gözlənilən Milton qasırğasının ötən əsrin ən dəhşətli qasırğası olacağı gözlənilir.
ABŞ prezidenti Co Bayden, Milton qasırğasının mümkün yolunda olan Florida ştatının sakinlərinə təcili təxliyə xəbərdarlığı edərək, “Milton keçən əsrin Flordiyanı vuran ən pis qasırğası ola bilər” deyib.
Bayden “Helene” qasırğasından sonra ölkənin cənub-şərqinə təsir edəcəyi gözlənilən Milton qasırğası ilə bağlı Ağ Evdə açıqlamalar verib.
Florida sahillərinə doğru irəliləyən və sürəti saatda 230 kilometrə çatan Milton qasırğasının “nəhəng” bir qasırğa olduğunu qeyd edən Bayden, hər kəsin yaşayış məntəqələrini tez bir zamanda boşaltması lazım olduğunu vurğuladı.
ABŞ prezidenti, “İndiyə qədər yerinizi boşaltmalı idiniz, bu, ölüm-dirim məsələsidir. Dərhal evakuasiya edin. Milton, Flordiyanı vuran keçən əsrin ən pis qasırğası ola bilər” qiymətləndirməsini etdi.
Bayden, ölkənin cənub sahillərini vurması gözlənilən Milton qasırğası ilə bağlı hadisələri yaxından izləmək üçün Almaniya və Anqolaya əvvəlcədən planlaşdırdığı səfərlərini daha sonrakı tarixə təxirə salıb.
ABŞ-ın Florida ştatının rəsmiləri materikə yaxınlaşan Milton qasırğasının 5-ci kateqoriyaya yüksəlməsindən sonra can və mal itkisini minimuma endirmək üçün ardıcıl təxliyə əmrlərini elan etməyə başlayıb.
Milli Qasırğa Mərkəzi, qasırğanın Meksika körfəzində “sürətlə güclənməyə davam etdiyi” və nəhayət 4-cü kateqoriyaya düşdüyü barədə məlumatı paylaşaraq Florida sahillərinə doğru yoluna davam etdiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki