image-89_main-v1565931420backend

ABŞ-dan Ukraynaya 425 milyon dollar yardım

Ağ Evdən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Kiyevə 425 milyon dollarlıq yeni müdafiə yardımı edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Bayden Ukrayna prezidenti Zelenski ilə telefonla danışıb.
ABŞ-DAN 425 MİLYON DOLLAR YARDIM
Görüş zamanı Bayden Ukraynaya 425 milyon dollarlıq yeni müdafiə yardım paketi göndərəcəklərini və bu paketə hava hücumundan müdafiə silahları ilə yanaşı çoxlu sayda zirehli maşın və sursatın da daxil olacağını bildirib.
Qalan səlahiyyət müddətində Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Bayden “Rusiyanın təcavüzü”nə qarşı Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki