ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli döyüş təyyarəsi ABŞ-ın Vaşinqton ştatında qəzaya uğrayıb. Təyyarədə 2 ekipaj üzvünün olduğu, ekipaj üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatına başlanıldığı bildirilib.
Elchi.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler tipli döyüş təyyarəsi ABŞ-ın Vaşinqton ştatında təlim uçuşu zamanı Rainier dağının şərqində qəzaya uğrayıb.
AXTARIŞ-Xilasetmə ƏMƏLİYYƏTİ BAŞLADI
Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada təyyarədə 2 ekipaj üzvü olduğu və ekipaj üçün helikopter yardımı ilə axtarış-xilasetmə əməliyyatının başladığı bildirilib.
Şayəstə Hüseynova