ABŞ-ın Kolorado ştatında ayı üç balası ilə evə girərək evdə hücum etdiyi bir insanı yaralayıb.
Elchi.az xəbər verir ki, Kolorado Parkları və Vəhşi Təbiət rəsmiləri, Kolorado ştatının Leyk Siti şəhərində bir evə “qara ayı” növünün girdiyini bildirdilər.
Səlahiyyətlilər qeyd edib ki, ayı 3 balası ilə evə sürüşən qapıdan daxil olub və evdəki bir şəxsə hücum edib.
Səlahiyyətlilər, ayının hücumuna məruz qalan 74 yaşlı kişinin bədəninin müxtəlif nahiyələrindən ağır yaralandığını və xəstənin müalicəsinin ev şəraitində aparıldığını bildirib.
Səlahiyyətlilər hadisə yerinin yaxınlığında tapılan 4 ayının öldürüldüyünü açıqlayıb.
Şayəstə Hüseynova