image-1725994853_3896e44a-0e41-4a1b-90ad-24b03a39a8b9backend

ABŞ ağcaqanadlarla ötürülən virusa görə komendant saatı tətbiq edir

Vermont və Massaçusets ştatlarının səlahiyyətliləri ağcaqanadların daşıdığı nadir virusun yayılması səbəbindən sakinləri axşamlar evlərini tərk etməməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Qəzetin məlumatına görə, bu ştatlarda şərq at ensefalitinə yoluxma halları qeydə alınıb. Bu viral xəstəlik insanlarda beynin şişməsinə səbəb olur ki, bu da bəzi hallarda ölümlə nəticələnir.
Vermont Səhiyyə Departamenti insanlara ağcaqanadların ən aktiv olduğu saat 18:00-dan səhər 6:00-a qədər çölə çıxmamağı tövsiyə edib. Əvvəllər belə komendant saatı Massaçusetsin bəzi rayonlarında tətbiq edilib, jurnalistlərə aydınlıq gətirilib.
Bundan əlavə, bu ştatlarda kütləvi tədbirlər ləğv edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki