image-snimok-yekrana-152backend

93 Rohinca müsəlmanı yolda ölən 6 nəfərin cəsədi ilə İndoneziyaya çatıb

Myanmadakı təqiblərdən qayıqla qaçan 93 Rohinca qaçqını, yolda öldüyü güman edilən 6 nəfərin cəsədi ilə İndoneziyaya gəlib.
Elchi.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, 93 Rohinca müsəlmanı qeyri-qanuni yollarla İndoneziyanın Aceh bölgəsindəki çimərliyə gəlib.
Səlahiyyətlilər, çimərliyə çatan Rohingya müsəlmanları ilə örtülmüş 6 cəsədin yerdə yatdığını açıqlayıb.
Şərqi Açe Səhiyyə Departamentinin rəhbəri Münavir açıqlamasında bildirib ki, ilkin tapıntılar dənizdə olarkən 6 nəfərin öldüyünü göstərib.
Bu şəxslərin dəqiq ölüm səbəblərinin araşdırıldığını qeyd edən Münavir cənazələrin hələ də prosedurlara uyğun dəfn edilmədiyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, 2023-cü il noyabrın ortalarından 2024-cü il sentyabrın 20-dək 2026 Rohinca müsəlmanı qayıqlarla İndoneziyaya gəlib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki