image-spain2backend

İspaniyada daşqın: Ölənlərin sayı 62-yə çatıb

İspaniyanın Valensiya Muxtar Vilayəti administrasiyasının yaydığı son məlumata görə, bölgədə leysan yağışlar nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.
Elchi.az xəbər verir ki, bölgədəki telekommunikasiya və elektrik enerjisi şirkətlərinin hazırladığı hesabata görə, şiddətli yağış və fırtına səbəbindən təxminən 155 min evin elektrik enerjisi kəsilib.
Digər xəbərlərə görə, Valensiyadan Madrid və Barselona kimi yerlərə çatan sürətli dəmir yollarında bu gün xidmətlər tamamilə dayandırılıb .
İspaniyanın baş naziri Pedro Sançes bugünkü çıxışında fırtınadan zərər çəkənlərin tezliklə sağalmasını arzuladığını bildirib. Sançes təbii fəlakət qurbanlarının çətinliyin öhdəsindən gəlməsi üçün hər cür dövlət resurslarından istifadə edəcəklərini bildirib.
İspaniya kralı VI Felipe təbii fəlakətdə həyatını itirənlər üçün də kədərləndiyini bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki