image-genc-yasli-birlikte-foto-getty-1832945_1backend

2080-ci ildə yaşlı əhalinin sayı gənclərdən çox olacaq

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisi ilə bağlı gözləntilərinə görə, 65 və yuxarı yaşda olan əhali 30 ildən sonra indiki səviyyəsini iki dəfə artıra bilər. 2080-ci ilə qədər bu, gənc əhalini keçə bilər. 
Dünyada 8,2 milyard insan yaşayır.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının bu il açıqladığı əhali gözləntilərinə görə, dünya əhalisinin 2,1 milyard artaraq 2080-ci illərdə 10,3 milyarda çatacağı gözlənilir. Hesabata görə, bu rəqəm “qlobal əhali zirvəsi” olacaq. Bu nöqtədən sonra azalma gözlənilir və bu əsrin sonuna kimi 10,2 milyarda düşə biləcəyi bildirilir.
Yaşlı əhali gənclərdən çox ola bilər
Əhali proqnozlarında diqqətəlayiq məlumatlar var; Yəni, hazırda 830 milyon olan 65 və yuxarı yaşlı insanların sayı 2054-cü ildə iki dəfə arta, yəni 1,7 milyarda çata bilər.
2070-ci illərin sonuna qədər yaşlı əhalinin sayının 2,2 milyarda çatacağı gözlənilir. 2080-ci ilə qədər onun 18 yaşdan kiçik uşaqları ötəcəyi proqnozlaşdırılır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki