image-1730124971_img_6438backend

Zurabişvili: “Aİ etirazlara görə Gürcüstana dəstək verməlidir”

“ABŞ və Avropa İttifaqı (Aİ) Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək verməlidir”.

Elchi.az Associated Press-ə (AP) istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili xarici mətbuata müsahibəsində deyib.

“Bizim avropalı və amerikalı tərəfdaşlarımızdan güclü dəstəyə ehtiyacımız var”, – Gürcüstan prezidenti vurğulayıb.

Zurabişvili Qərbin etirazlara dəstəyinə ümid edib və Qərb siyasətçilərini hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə əlaqələri bərpa etməməyə çağırıb. Onun sözlərinə görə, Aİ Gürcüstan müxalifətini regionda mövcudluğu üçün dəstəkləməlidir. Bundan əvvəl müxalifət partiyası “Lelo”nun lideri Mamuka Xazaradze seçkilərin nəticələrinə görə fəaliyyət planını açıqlamışdı. Onun sözlərinə görə, oktyabrın 28-də axşam keçiriləcək mitinq dinc xarakter daşıyacaq.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki