image-f1a05fdc8cd719c8b4729c2d9e8de054backend

Zelenski Trampla iqamətgahında görüşməkdən imtina edib

Amerikanın “Time” jurnalı yazır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin komandası ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla Mar-a-Laqodakı iqamətgahında görüşə razılıq verməkdən imtina edib.

Elchi.az-ın xəbərinə görə nəşr bildirir ki, Tramp və Zelenski komandaları bu ehtimalı müzakirə ediblər, lakin sonda Ukrayna liderinin komandası Trampın Mar-a-Laqo iqamətgahında görüşü istisna edib.

Nəşrin məlumatına görə, Zelenskinin komandası daha ​​neytral ərazidə görüş keçirməyi və ya Amerika televiziyasına birgə müsahibə verməyi təklif edib. Bununla belə, mümkün görüş baş tutmayıb, çünki Tramp və ümumilikdə respublikaçılar Zelenskinin Pensilvaniyadakı mərmi zavoduna səfərindən qəzəbləndilər və bu, artıq Demokratların namizədi Kamala Harrisin kampaniyasına dəstək kimi qəbul edilir.

Yeganə

Mənbə: TASS.ru

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki