Ukrayna lideri Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla görüşündən danışıb.
Elchi.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, siyasətçilər Ukrayna sülh düsturunu müzakirə ediblər, həmçinin ədalətli dünyanı necə yaxınlaşdırmaq barədə danışıblar.
Zelenski sülh sammitini uğurlu adlandırıb və bildirib ki, hazırda ikinci görüş hazırlanır. Daha əvvəl Almaniyanın “Tagesschau” nəşri yazmışdı ki, Zelenski ilə görüşdən əvvəl Şolts brifinqdə Almaniyanın Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrə qoyulan qadağanı ləğv etməyəcəyini bir daha təsdiqləyib.
Yeganə